Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MSK seçiciləri qanunsuz ələ almağa çalışan namizədlə bağlı araşdırma aparacaq

MSK seçiciləri qanunsuz ələ almağa çalışan namizədlə bağlı araşdırma aparacaq

Tarix: 23 Yanvar 2020 17:00

MSK seçiciləri qanunsuz ələ almağa çalışan namizədlə bağlı araşdırma aparacaq

Bakı. Elçin Mehdiyev – Trend:

99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəd Zeynalov Tural Allahverdi oğlunun dairə ərazisində ədalətsizlik kmi qiymtləndirilən hərəkətləri qeydə alınıb.

Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında bildirib ki, bununla bağlı həmin dairdən olan digər namizdlərdən MSK-ya məlumat daxil olub: “Tural Zeynalovun qanunu pozması ilə bağlı, seçiciləri ələ almaq üçün onlara ərzaq paylaması kimi hallar qeydə alınıb. Sosial şəbəkələrdə də bununla bağlı məlumat var. Tural Zeyanolv özü də sosial şəbəkədə profilində belə fotolar paylaşıb. İstədim məlumat verim ki, belə halların qarşısı alınmalı və namizədlər üçün bərabər şərait yaradılmalıdır”.

MSK-nın iclasında həmin namizədlə bağlı araşdırma aparılması barədə qərar qəbul edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  seçiciləri qanunsuz ələ almağa çalışan namizədlə bağlı araşdırma aparacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ