Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2020 18:00
Bakı. Trend:
Beynəlxalq işgüzar nəşri olan Global Finance jurnalı 2020 ildə "Best Trade and Supply Chain Finance Awards" mükafatının qalıbləri barədə məlumatı açıqladı.
PAŞA Bankdan Trend-ə verilən məlumata görə, əsaslı seçim prosesinin nəticəsində ölkənin aparıcı korporativ bankı PAŞA Bank 2020-ci ildə "The Best Trade Finance Provider in Azerbaijan" mükafatına layiq görüldü.
2020-ci ilin qaliblərinin seçimi zamanı Global Finance jurnalının heyəti əməliyyatların həcmi, qlobal əhatə dairəsi, müştəri xidməti, rəqabətli qiymət və innovativ texnologiya kimi amilləri nəzərə alıb.
Qaliblərin mükafatlandırılması 15 yanvar 2020-ci il tarixində Frankfurt şəhərində keçirilən Maliyyə və Ticarət üçün Bankirlər Birliyinin (BAFT) illik iclası çərçivəsində baş tutub.
Qeyd edək ki, "Global Finance" jurnalı 1987-ci ildən dərc olunur və dünyanın 180 ölkəsində yayılır. Jurnalın redaksiyası dünyada baş verən ən mühüm maliyyə hadisələrini təhlil edir, həmçinin Mərkəzi və Şərqi Avropa, Asiya-Sakit okean regionu, Yaxın Şərq və Afrika və s. bu kimi regionlarda bank tədqiqatları aparır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin