Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2020 20:56
Rusiya Prezidenti Vladimir Putin onu heyrətə salan tarixi faktı açıqlayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Putin İsrail səfərində çıxışı zamanı bildirib.
Tarixi sənədləri araşdıran Rusiya Prezidenti Leninqrad (Sankt-Peterburq) sakinlərinin blokada illərində cəbhənin ehtiyacları üçün 144 ton qan verdiyini öyrəndiyini söyləyib.
"Bu məni heyrətə gətirdi", - deyə Putin vurğulayıb.
Qeyd edək ki, V.Putin İsraildə blokadada qalmış Leninqradın müdafiəçiləri və sakinlərinin xatirəsinə qoyulmuş abidənin açılışında iştirak edib.