Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ədalət mühakimə sistemində insan haqlarına dair beynəlxalq seminar başa çatıb (FOTO)

Ədalət mühakimə sistemində insan haqlarına dair beynəlxalq seminar başa çatıb (FOTO)

Tarix: 17 May 2019 15:32

Bakı. Trend:

Beynəlxalq Prokurorlar Assosiasiyası ilə Azərbaycan Respublikası Prokurorluğunun birgə təşkilatçılığı ilə keçirilən “Ədalət mühakimə sistemində insan haqları ilə bağlı qarşıda duran məsələlər” mövzusunda beynəlxalq seminar öz işini yekunlaşdırıb.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində ekspertlər tərəfindən Avropa İnsan Hüquqları Konvensiyası kontekstində azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüquqları, informasiya sahəsində insan hüquq və azadlıqlarının təmin olunması barədə iştirakçılara geniş məlumat verilib. Eləcə də digər əlaqədar mövzularla bağlı ortaya çıxan problemlər və onların həlli yolları, Avropa İnsan Hüquqları Məhkəməsinin həmin məsələlərə yanaşması, prioriterləri və yeni istiqamətləri ətraflı müzakirə edilib.

Seminarda təqdimat və praktiki məsələlər, habelə iştirakçıları maraqlandıran digər mövzularla bağlı suallar beynəlxalq ekspertlər tərəfindən cavablandırılıb.

Tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir.

Seminar iştirakçıları tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ədalət mühakimə sistemində insan haqlarına dair beynəlxalq seminar başa çatıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ