Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mourinyoya etiraz - Məşqləri darıxdırıcıdır

Mourinyoya etiraz - Məşqləri darıxdırıcıdır

Tarix: 23 Yanvar 2020 22:06

"Tottenhem"in futbolçuları baş məşqçi Joze Mourinyodan narazıdırlar.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin məşqləri futbolçuları narazı salıb.

Oyunçular onun məşqlərinin darıxdırıcı olduğunu bildirirlər. Poçettinonu ötən ilin noyabrında əvəzləyən Mourinyo məşqlərdə uzun ötürmələrə daha çox diqqət ayırır.

Futbolçular isə hesab edirlər ki, belə məşq üslubu daha aşağı liqalar üçündür. "Tottenhem"in oyunçuları sabiq baş məşqçiləri Poçettinonun məşqlərinin daha maraqlı olduğunu bildiriblər.

Qeyd edək ki, bəzi futbolçuların Mourinyo ilə münaqişəyə girdiyi haqda xəbərlər də yayılıb.

Milli.Az


Etiketlər:  Mourinyoya etiraz Məşqləri darıxdırıcıdır


RƏYLƏR