Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2020 23:27
Həkim və teleaparıcı Yelena Malışeva onkoloji xəstəliklərə qarşı effektiv hesab etdiyi sadə bir çay reseptini açıqlayıb.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, cox zaman alternativ təbabət və türkəçarələ qarşı çıxan Malışeva bu dəfə özünün də içdiyi maraqlı çay reseptini paylaşıb.
"Jit zdorovo" verilişində o çayın hazırlanmasını belə izah edib:
Yaxşı keyfiyyətli yaşıl çay, sarıkök və zəncəfil tərkibli çay düzgün hazırlanmalıdır.
200 qr yaşıl çaya 15 mq sarıkök, 25 mq qara üyüdülmüş istiot, 2 qr zəncəfil götürülür.
Əvvəlcə çay dəmlənilir, 60 dərəcəyə kimi soyudulanda digərləri əlavə olunur. Gün ərzində içilir.
Malışeva bildirib ki, yaşıl çayda olan epiqallokatexin 3 qallat xərçəng yaradan zülalı blok edir, onun çoxalmasının qarşısını alır.
Çaya qatılan digər komponentlər də iltihabi və şiş proseslərini azaldır.