Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ASK ilə “Bloomberg L.P” şirkətinin nümayəndə heyətləri görüşüb (FOTO)

ASK ilə “Bloomberg L.P” şirkətinin nümayəndə heyətləri görüşüb (FOTO)

Tarix: 24 Yanvar 2020 13:04

Bakı. Trend:

“Azərbaycan Sənaye Korporasiyası” ASC ilə ABŞ-ın “Bloomberg L.P” şirkətinin nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.

Görüşdə şirkətin London nümayəndəliyinin və Korporasiyanın Maliyyə departamenti, Strateji İnkişaf və Kommersiya departamenti, eləcə də “Azəralüminium” MMC, “Azərpambıq ASK” MMC-nin əməkdaşları iştirak ediblər.

Maliyyə və biznes məlumatları sahəsində dünyanın ən böyük media konqlomeratı olan “Bloomberg L.P” şirkətinin nümayəndələri şirkətin fəaliyyəti, göstərdiyi xidmətlər haqqında, həmçinin qabaqcıl texnologiyalara əsaslanan “Bloomberg Terminalı”, bu terminal vasitəsilə dünya maliyyə bazarları və əmtəə birjalarında kotirovka olunan maliyyə alətləri və məhsulları barəsində ətraflı məlumat veriblər.

Görüşdə Korporasiyanın dünya əmtəə birjalarında kotirovka olunan məhsulları və bu məhsulların Terminal vasitəsilə təhlil edilməsi imkanları da geniş şəkildə müzakirə edilib. Sonda “Azərbaycan Sənaye Korporasiyası” ASC ilə “Bloomberg L.P” şirkəti arasında gələcək əməkdaşlığın inkişaf və perspektivləri müzakirə olunub.

ASK ilə “Bloomberg L.P” şirkətinin nümayəndə heyətləri görüşüb (FOTO) ASK ilə “Bloomberg L.P” şirkətinin nümayəndə heyətləri görüşüb (FOTO) ASK ilə “Bloomberg L.P” şirkətinin nümayəndə heyətləri görüşüb (FOTO) ASK ilə “Bloomberg L.P” şirkətinin nümayəndə heyətləri görüşüb (FOTO) ASK ilə “Bloomberg L.P” şirkətinin nümayəndə heyətləri görüşüb (FOTO) ASK ilə “Bloomberg L.P” şirkətinin nümayəndə heyətləri görüşüb (FOTO) ASK ilə “Bloomberg L.P” şirkətinin nümayəndə heyətləri görüşüb (FOTO) ASK ilə “Bloomberg L.P” şirkətinin nümayəndə heyətləri görüşüb (FOTO)


Etiketlər:  ASK ilə Bloomberg LP şirkətinin nümayəndə heyətləri görüşüb FOTO


RƏYLƏR