Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qalatasaray'' müdafiəçisini icarəyə verdi

''Qalatasaray'' müdafiəçisini icarəyə verdi

Tarix: 24 Yanvar 2020 13:16

"Qalatasaray" müdafiəçisi Emre Taşdemiri icarəyə verib.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, gənc futbolçu mövsümün qalan hissəsini "Kayserispor"da keçirəcək.

Bu barədə hər iki klubun mətbuat xidmətləri məlumat yayıb. Tərəflər mövsümün sonuna kimi anlaşıblar.

Kayserispor yarım mövsümlük icarə haqqı olaraq "Qalatasaray"a 600 min TL vəsait ödəyəcək. Üstəlik, icarə müddətində futbolçunun bütün məvacibləri Kayseri klubu tərəfindən ödəniləcək.

Emre Taşdemir ötən mövsümün dövrələrarası fasiləsi zamanı "Bursaspor"dan ayrılaraq "Qalatasaray"a keçmişdi. O, İstanbul klubunun heyətində Super Liqada 13, Türkiyə kubokunda 4 oyun keçirib.


Etiketlər:  Qalatasaray müdafiəçisini icarəyə verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ