Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gəncə Şəhər 2 saylı Körpələr evinin 2 işçisi cəzalandırıldı

Gəncə Şəhər 2 saylı Körpələr evinin 2 işçisi cəzalandırıldı

Tarix: 24 Yanvar 2020 16:58

Gəncə Şəhər 2 saylı Körpələr evində uşaqların bellərinə uzun corablar bağlanması faktı ilə əlaqdar 2 orta tibb işçisi ciddi cəzalandırılıb.

Gəncə Körpələr Evində biabırçı mənzərə - Uşaqları bir-birinə bağladılar - VİDEO
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Gəncə Şəhər 2 saylı Körpələr evinin rəhbərliyinin açıqlamasında bildirilir ki, son günlər sosial şəbəkədə yenidən yayımlanan video və şəkillər 2019-cü ilin oktyabr-noyabr aylarında bir sıra elektron kütləvi informasiya vasitələrində yayımlanması ilə bağlı xüsusi komissiya yaradılıb:

"Araşdırmalar aparılıb, körpələrin bir-birinə bağlanması öz təstiqini tapmasa da, uşaqların bezlərinin düşməməsi üçün bellərinə uzun corablar bağlanması aşkar olunub və bunu edən 2 orta tibb işçisi ciddi cəzalandırılıb. Videogörüntülərdə uşaq evinin təmirsiz və səliqəsiz olmasına münasibət bildirərək qeyd edək ki, uşaq evində bu məsələ ilə bağlı ciddi problem yoxdur. Müəssisədə xırda təmir bərpa işləri aparılıb, körpələr evi isti su ilə, kombi sistemi və müasir istilik sistemi ilə təmin olunub. Müəssisədə paltaryuyan maşınlar, tozsoranlar var və təmizlik məsələsinə tamamilə riayət edilir. Qeyd edək ki, uşaq evində valideynləri tərəfindən atılan üç yaşa qədər olan uşaqlar saxlanılır".

Milli.Az


Etiketlər:  Gəncə Şəhər 2 saylı Körpələr evinin 2 işçisi cəzalandırıldı


RƏYLƏR