Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda bədii gimnastika üzrə 35-ci Avropa Çempionatından FOTOREPORTAJ

Bakıda bədii gimnastika üzrə 35-ci Avropa Çempionatından FOTOREPORTAJ

Tarix: 17 May 2019 17:32

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının ikinci günü davam edir.

Yarışların ikinci günündə gimnastlar fərdi proqramda halqa və topla hərəkətlərdə çıxış edir.

Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.

Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Yarışların ilk günü gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlayıb. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Azərbaycanı Avropa çempionatında yeniyetmələr arasında Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda bədii gimnastika üzrə Avropa Çempionatından FOTOREPORTAJ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ