Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sloveniya gimnastı: Bakının bu dərəcədə gözəl olacağını gözləmirdik

Sloveniya gimnastı: Bakının bu dərəcədə gözəl olacağını gözləmirdik

Tarix: 17 May 2019 17:56

Bakı. Cani Babayeva - Trend:

Milli Gimnastika Arenasında gözəl məşq və yarış zonaları var.

Bunu Trend-ə Sloveniya gimnastı Yekaterina Vedeneyeva deyib.

O bildirib ki, Bakıda keçirilən Avropa çempionatı çox gözəl təşkil olunub.

Öz çıxışı barədə danışan gimnast bildirib ki, bəzi səhvlər etsə də, ümumilikdə çıxışdan razı qalıb.

Y.Vedeneyeva bildirib ki, yarışdan bir həftə əvvəl Bakıda təlim-məşq toplanışında olub:

“Bakının bu dərəcədə gözəl olacağını gözləmirdik”.

Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.

Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Yarışların ilk günü gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlayıb. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Azərbaycanı Avropa çempionatında yeniyetmələr arasında Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Sloveniya gimnastı Bakının dərəcədə gözəl olacağını gözləmirdik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ