Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2020 09:00
Kolumbiya millisinin sabiq futbolçusu Con Viafaranı ağır həbs cəzası gözləyir.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, keçmiş idmançı ABŞ-da məhkəmə qarşısına çıxacaq.
O, "Cal del Golfo" narkotik kartelinin üzvü olduğu üçün saxlanılıb. Viafara əlbir olduğu şəxslərdə ABŞ-a 25 milyon dollar dəyərində 2,5 ton kokain göndərib.
Şimali Amerika ölkəsində onun həbsi üçün order verilib. Hələ ötən il vətənində həbs olunan futbol veteranı bugünlərdə təyyarə ilə ABŞ-a göndərilib. Onun məhkəməsi Texas ştatında olacaq.
Qeyd edək ki, Avropada "Portsmut", "Sauthempton" (hər ikisi İngiltərə), "Real-Sosyedad" (İspaniya) klublarında forma geyinmiş Viafara yığmada 43 oyun keçirib, 1 qol vurub.