Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə daha bir güclü zəlzələ ilə sarsıldı

Türkiyə daha bir güclü zəlzələ ilə sarsıldı

Tarix: 25 Yanvar 2020 11:28

Türkiyədə zəlzələ xəbərləri gəlməkdə davam edir. Belə ki, yerli vaxtla saat 09:00 radələrində daha bir zəlzələ qeydə alınıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Kandili Rəsədxanası yeraltı təkanların 4,2 bal gücündə olduğu bəyan edilib.

Xatırladaq ki, dünən Türkiyənin Malatya və Elazığ vilayətlərində güclü zəlzələ baş verib. 6,8 bal gücündə olan təkanlara görə Adana, Diyarbakır, Qaziantep şəhərlərində insanlar gecəni küçələrdə keçiriblər. Təbii fəlakət nəticəsində bir sıra yaşayış binası uçub. Dağıntılar altından hələ də insanlar çıxarılmağa davam edilir.

Son məlumatlara görə, yeraltı təkanlar nəticəsində 20 nəfər həlak olub, yaralıların sayı isə 1015-ə yüksəlib.


Etiketlər:  Türkiyə daha güclü zəlzələ ilə sarsıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ