Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2020 23:54
Yanvarın 25-də Türkiyə Superliqasının XIX turunda İstanbul derbisi keçirilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, "Şükrü Saracoğlu" stadionunda keçirilən oyunda "Fənərbağça" iki cavabsız qolla qalib gəlib - 2:0. Görüşdə vurulan qolların müəllifi Maks Kruze (72) və Vedat Muruqi (86) olub.
Günün digər qarşılaşmalarında "Alanyaspor" səfərdə "Kasımpaşa"nı 2:1 hesabı ilə məğlub edib. "Kayserispor" - "Antalyaspor" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.
Turun digər görüşləri yanvarın 26-da və 27-də keçiriləcək.
Hazırda turnir cədvəlində "Sivasspor" klubu 40 xalla vahid liderdir. "Fənərbağça" 37 xalla ikinci, "İstanbul Başakşəhər" 36 xalla üçüncüdür.