Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2020 17:14
TRT1 ekranlarında yayımlanan "Şampiyon" serialının ulduzu, aktyor Tolqahan Sayışman oğlu ilə yeni fotosunu paylaşıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aktyorun 8 aylıq oğlu Efe ilə şəklini həyat yoldaşı, aktrisa Almeda Abazi lentə alıb.
İzləyicilər tərəfindən çox bəyənilən fotonın altına "Oğlunuz sürətlə böyüyür", "Serialdan vaxt tapıb oğlunuzla necə əylənənə bilirsiniz?", "Atasına çox bənzəyir" kimi sözlər yazılıb.
Qeyd edək ki, Tolqahanla Almeda 2017-ci ildə ailə qurub. Övladları ötən ilin mayında dünyaya gəlib.