Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2020 19:06
Bakı. İlhamə İsabalayeva - Trend:
Oğuz rayonunun Xalxal kəndi yaxınlığında dağlıq meşə ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları tərəfindən söndürülüb.
Trend-in məlumatına görə, ETSN-nin mətbuat katibi İradə İbrahimova jurnalistlərə bildirib ki, yanğın ümumilikdə 1 hektara yaxın ərazini əhatə etsə də, 30 sot sahədə kol-kos və quru ot örtüyü yanıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin