Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İspaniya gimnastı: Vacib yarışların məhz Milli Gimnastika Arenasında keçirilməsindən məmnunam

İspaniya gimnastı: Vacib yarışların məhz Milli Gimnastika Arenasında keçirilməsindən məmnunam

Tarix: 18 May 2019 01:20

Bakı. Trend:

Vacib yarışların məhz Milli Gimnastika Arenasında keçirilməsindən məmnunam.

Bunu Trend-ə İspaniya gimnastı Polina Beryozina deyib.

O, ötən il Bakıda olduğunu və buranı çox sevdiyini bildirib:

“Yarışlarda tamaşaçıların dəstəyi çox hiss olunur və bu, gimnastları daha yaxşı çıxışa həvəsləndirir”.

Gimnast bugünkü çıxışından raz qaldığını bildirib.

Yarışlarda rəqabət barədə danışan P.Beryozina çempionatda güclü gimnastların çıxış etdiyini deyib.

Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.

Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Yarışların ilk günü gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlayıb. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Azərbaycanı Avropa çempionatında yeniyetmələr arasında Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İspaniya gimnastı Vacib yarışların məhz Milli Gimnastika Arenasında keçirilməsindən məmnunam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ