Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yüksək təzyiq: əlamətlər və səbəblər...

Yüksək təzyiq: əlamətlər və səbəblər...

Tarix: 27 Yanvar 2020 07:09

Xəstələrin illərlə arterial təzyiqi yüksək ola bilər, amma bundan xəbərləri olmaya bilər. Çünki xəstəliyin simptomları üzə çıxmaya bilər.

Milli.Az tibb.az-a istinadən xəbər verir ki, nəzarət olunmayan hipertenziya ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Arterial təzyiq sizin ürəyinizin vurduğu qanın həcmi və arteriyalarınızın rezistentliyi ilə təyin olunur. Ürəyiniz nə qədər çox qan vurursa və damarlarınız nə qədər dardırsa təzyiqiniz o qədər yüksək olur. Yüksək təzyiq demək olar ki, hər kəsi zədələyə bilir. Lakin xoşbəxtlikdən asanlıqla diaqnozu qoyulur və dərmanlar vasitəsi ilə idarə edilə bilir.

Əlamətlər

Xəstəlik bəzən simptomsuz keçir, bəzən də kəskin baş ağrıları, burundan qanaxmalar, başgicəllənmələr ilə keçir.

Həkimə nə zaman getməli

20 yaşından yuxarı şəxslərin iki ildən bir arterial təzyiqlərini müayinə etməkləri gərəkdir. Təzyiqi adətən əczaxanalarda və ya poliklinikalarda müayinə etdirmək olar.Əgər hipertenziya diaqnozu qoyulmuşsa bundan sonra təzyiqinizi daha tez-tez müayinə etdirməli və təzyiqinizi həkimin məsləhət gördüyü dərmanlarla idarə etməyə çalışmalısınız.

Səbəblər

Xəstəliyin iki növü var.

İlkin hipertenziya

90-95% hallarda səbəbləri aydınlaşdırmaq olmur. İllər boyu yavaş-yavaş inkişaf edir.

İkincili hipertenziya

5-10 % hallarda isə xəstəliyə aşağıdakı hallar səbəb olur. Bu tip hipertenziyalar ikincili adlanır. Qəfil başlanır və təzyiq yüksək rəqəmlərə çatır. Səbəblər əsasən aşağıdakılardır:

- Böyrək xəstəlikləri

- Böyrəküstü vəzi şişləri

- Ürək qüsürları

- Bəzi dərmanlar: hamiləlik əleyhinə, soyuqlama əleyhinə,ağrıkəsicilər.

- İlleqal dərmanlar, kokain, amfetaminlər.

Milli.Az


Etiketlər:  Yüksək təzyiq əlamətlər səbəblər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ