Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2020 17:16
Sakit okeanın cənubunda yerləşən Solomon adalarında zəlzələ olub.
Sonxeber.net Publika.az-a istinadən xəbər verir ki, ABŞ Geoloji Təhqiqatlar Mərkəzi mərkəzi Makira adasının Kirakira şəhərindən 105 km şimal-qərbdə yerləşən zəlzələnin 6,3 bal gücündə olduğunu açıqlayıb.
Episentr 18 km dərinlikdə olub.
Tələfat və dağıntı ilə bağlı məlumat yoxdur.
Qeyd edək ki, sözügedən ərazi "Sakit okean Alov Çevrəsi" seysmik xəttinin üzərində yerləşir.