Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kamal Abdullanın romanı müzakirə olunacaq

Kamal Abdullanın romanı müzakirə olunacaq

Tarix: 27 Yanvar 2020 19:42

Bakı. Trend:

Yanvarın 28-də saat 16:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Xalq yazıçısı Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanının müzakirəsi keçiriləcək.

Trend-in məlumatına görə, AMEA Folklor İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə təşkil olunacaq müzakirədə ədəbiyyatşünaslar roman haqqında fikirlərini bildirəcək, müəllifə suallarını ünvanlayacaqlar.

Qeyd edək ki, yazıçının “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox”, romanlarından sonra sayca dördüncü romanı olan bu əsərdə paralel zaman və məkan, yaddaş fenomeni, real və irreal hadisələrin təsviri özünün ədəbi-bədii əksini tapıb.


Etiketlər:  Kamal Abdullanın romanı müzakirə olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ