Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni GPS sistemi ərazi üzrə istiqamətlənməni yaxşılaşdıracaq

Yeni GPS sistemi ərazi üzrə istiqamətlənməni yaxşılaşdıracaq

Tarix: 28 Yanvar 2020 07:12

Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri tərəfindən təqdim edilmiş yeni GPS sistemi ərazi üzrə istiqamətləri yaxşılaşdıracaq, həmçinin yüksək keyfiyyətli rəqəmli xəritələrin yaradılması prosesini avtomatlaşdırmağa kömək edəcək.
 
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, MIT mühəndisləri izah ediblər ki, adətən GPS xəritələr "Google" kimi nəhəng şirkətlər tərəfindən hazırlanır: yolların ətraflı təsvir edilməsi üçün kameralarla təchiz edilmiş maşınlar əraziyə göndərilir. Ancaq belə yanaşmanın öz məhdudiyyətləri var: birinci bahalı prosesdir, ikincisi xəritələrin aktual vəziyyətdə saxlanılması çox vaxt tələb edir. Şirkətlər, həmçinin xərclərə görə çətinliklə gedilə bilən regionlara önəm vermirlər.
 
Tədqiqatçılar ilk öncə yol obyektlərinə nişanların avtomatik çəkilməsi üçün kompüter təliminin köməyi ilə peyk görüntülərini təhlil ediblər. Bu, daha ucuzdur: görüntülər müntəzəm yenilənir, quş uçuşu hündürlüyündən görünüş hərəkət zolaqları və tənzimləmə haqqında daha çox faydalı məlumat verir. Problem ondadır ki, yolların peyk görüntüsü çox vaxt ağac və ya binalar tərəfindən örtülür.
 
Qətər Hesablama Elmi Tədqiqat İnstitutu ilə əməkdaşlıq edən alimlər, maneələrin arxasındakı yolların növü və zolaqların sayını avtomatik proqnozlaşdırmaq üçün neyroşəbəkə arxitekturalarının kombinasiyasından istifadə edən "RoadTagger" sistemini hazırlayıblar. Sınaqlar zamanı yeni sistem zolaqların nömrələrini 77% dəqiqliklə hesablayıb və yolların növü haqqında 93% dəqiqliklə məlumat verib.


Etiketlər:  Yeni sistemi ərazi üzrə istiqamətlənməni yaxşılaşdıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ