Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyada kosmik əməliyyatların yerinə yetirilməsi üçün hərbi qrup yaradılacaq

Yaponiyada kosmik əməliyyatların yerinə yetirilməsi üçün hərbi qrup yaradılacaq

Tarix: 28 Yanvar 2020 08:04

Yaponiyanın Hərbi Hava Qüvvələrində kosmik əməliyyatların yerinə yetirilməsi üçün qrup yaradılacaq. Yeni hərbi bölmə 2020-ci ilin yazında fəaliyyətə başlayacaq. Bu barədə "Jane's" nəşri Yaponiyanın baş naziri Sindzo Abeyə istinadən məlumat verib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, eskadrilya Tokio prefekturasının qərbində Futyu aviabazasında yerləşəcək. Yaradılması üçün 450 milyon dolların sərf ediləcəyi qrupun tərkibi 20 nəfərdən ibarət olacaq.

Bölmənin əsas vəzifəsi Çin və Rusiya peyklərinin izlənilməsi olacaq. Həmçinin qrup Yaponiyanın hərbi kosmik texnologiyalarının hazırlanmasına nəzarəti həyata keçirəcək, eləcə də kosmik tullantıların hərəkət trayektoriyasının təhlilini aparacaq. Bundan əlavə, qrup peyklərlə rabitə əlaqəsi yaratmaq və radiorabitədə maneələri aradan qaldırmaqla məşğul olacaq.

Qeyd edək ki, bu yaxınlarda Böyük Britaniyada oxşar hərbi bölmə yaradılıb. Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, yeni struktur Böyük Britaniyanın bütün kosmik qüvvə və proqramlarını birləşdirəcək. Onların sırasına peyklərdən ballistik raketlərin aşkarlanması sistemi, "GNSS" (GPS sisteminin analoqu) qlobal naviqasiya sistemi və hazırda işlənilən digər proqramlar daxildir.


Etiketlər:  Yaponiyada kosmik əməliyyatların yerinə yetirilməsi üçün hərbi qrup yaradılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ