Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 15:24
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Moldova millisinin yarımmüdafiəçisi Yevgeni Koçukla 1,5 illik müqavilə imzalayıb.
26 yaşlı futbolçu karyerası ərzində “Daçia” (Moldova) və “Jilina” (Slovakiya) klublarının uğurları üçün çalışıb. Onun son komandası “Səbail” olub.
Qeyd edək ki, Koçuk 2015-ci ildən şərəfini qoruduğu Moldova millisində 19 oyun keçirib.
Bizi Feysbukda da izləyin!