Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası üçün müddət sabah başa çatır

“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası üçün müddət sabah başa çatır

Tarix: 29 Yanvar 2020 09:42

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi müddəti sabah başa çatır.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bu barədə qərar Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə ən azı 10 gün qalanadək, yəni 2020-ci il yanvarın 30-dək qəbul edilməlidir.

Yanvarın 30-da, həmçinin seçki bülletenlərinin hazırlanması müddəti də başa çatır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Exit poll keçirmək istəyən təşkilatların akkreditasiyası üçün müddət sabah başa çatır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ