Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Exit-poll” keçirəcək təşkilatlar barədə qərarvermə müddəti sabah başa çatır

“Exit-poll” keçirəcək təşkilatlar barədə qərarvermə müddəti sabah başa çatır

Tarix: 29 Yanvar 2020 09:54

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində "exit-poll" keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi müddəti sabah başa çatır.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bu barədə qərar Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə ən azı 10 gün qalanadək, yəni 2020-ci il yanvarın 30-dək qəbul edilməlidir.

Yanvarın 30-da, həmçinin seçki bülletenlərinin hazırlanması müddəti də başa çatır.


Etiketlər:  Exit poll keçirəcək təşkilatlar barədə qərarvermə müddəti sabah başa çatır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ