Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2020 16:40
Bakı. Trend:
“Total” şirkətinin “AS24” törəmə şirkəti ilə “Azpetrol Ltd” MMC arasında Müqavilənin imzalanma mərasimi keçirilib.
Trend-in məlumatına görə, müqavilə “Azpetrol” şirkətinə məxsus yanacaqdoldurma məntəqələri şəbəkəsində yanacağın “AS24” kartları vasitəsilə satışı sahəsində əməkdaşlığı nəzərdə tutur.
İmzalanma mərasimində Fransa “AS24” şirkətinin prezidenti Manuel Olivier, şirkətin Şərqi Avropa üzrə vitse-prezidenti Paolo Martignoni, şirkətin Gürcüstandakı filialının rəhbəri Reşid Can, “Total” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Regis Agut, “Azpetrol Ltd” MMC-in baş direktoru Ceyhun Məmmədov və şirkət əməkdaşları iştirak ediblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin