Tarix: 30 Yanvar 2020 01:48
Türkiyə millisinin və “Beşiktaş”ın hücumçusu Oğuzhan Özyakupun Niderlandın “Feyenoord” klubuna keçidi rəsmiləşib.
Qol.az xəbər verir ki, bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı hücumçu yeni komandasında mövsümün sonuna kimi çıxış edəcək. O, 18 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Özyakup 2012-ci ildən “Beşiktaş”da çıxış edir. Onun "qara qartallar"la 2022-ci ilin yayına kimi müqaviləsi var.