Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Hədəfə düşə bilmədik'' - Millimizin üzvü

''Hədəfə düşə bilmədik'' - Millimizin üzvü

Tarix: 30 Yanvar 2020 12:56

“Çətin oyun oldu. Məncə, yaxşı oynadıq. Ancaq vacib olan qələbə qazanmaq idi ki, bunu bacarmadıq. İlk oyunlarda hər zaman stress, əsəb gərginliyi olur”. 

Qol.az xəbər verir ki, bu sözləri Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında Azərbaycan milli komandasının üzvü Vassora deyib.

O, elit-raund mərhələsində Xorvatiyaya 0:2 hesabı ilə uduzduqları matçı dəyərləndirib. Futzalçı rəqibə də hörmətlə yanaşdığını bildirib: “Rəqibimiz doğma meydanda çıxış edirdi. Bu da onlarda özünəinam yaratmışdı. Bizim də qapı istiqamətinə çoxlu zərbələrimiz oldu. Təəssüf ki, hədəfə düşə bilmədik. Hətta qapı dirəyini də nişan aldıq”.

Millinin üzvü azarkeşləri ümidini itirməməyə çağırıb: “Rusiya millisi növbəti rəqibimiz olacaq. Onlar güclü olsalar da, yenilməz deyillər. Rəqibimizə hörmət edirik. Ancaq öz oyunumuzu oynamağa, rəqibin zəif tərəflərindən xeyrimizə istifadə etməyə çalışacağıq. Təbii ki, “idman xoşbəxtliyi”nin də tərəfimizdə olması vacibdir”. 

 


Etiketlər:  Hədəfə düşə bilmədik Millimizin üzvü


RƏYLƏR