Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qalatasaray''dan 22-ci çempionluq

''Qalatasaray''dan 22-ci çempionluq

Tarix: 19 May 2019 22:20

Bu gün Türkiyə Superliqasında 2018-2019 mövsümünün qalibi müəyyənləşib.

Qol.az xəbər verir ki, 33-cü turun mərkəzi oyununda 66 xalla zirvədə yer alan "Qalatasaray" doğma azarkeşləri önündə eyni xalla 2-ci pillədə qərarlaşan "Başakşəhər"i qəbul edib. "Türk Telekom Arena"dakı matçda 2:1 hesablı qələbə qazanan "cim-bom" sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib.

Qeyd edək ki, bu, "sarı-qırmızılılar"ın ardıcıl ikinci, ümumilikdə isə 22-ci çempionluğu olub.


19 may


"Qalatasaray" - "Başakşəhər" - 2:1
Qollar:
Bajiç, 17 (0:1), Fequli, 47 (1:1), Onyekuru, 64 (2:1)
 


Etiketlər:  Qalatasaraydan çempionluq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ