Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2020 16:34
"Qarabağ"ın sabiq futbolçusu, hazırda müqavilə ilə "Benevento"ya məxsus olan Samuel Armenteros icarəyə göndərilib.
Qol.az xəbər verir ki, 29 yaşlı hücumçu karyerasını "Krotone"də davam etdirəcək. Bu barədə B seriyası təmsilçisinin saytı məlumat yayıb. O, bu mövsümün sonuna kimi sözügedən klubda icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, bu, Armenterosun 9-cu klubu olub. Samuel bundan əvvəl "Herenven", "Anderlext", "Feyenoord", "Villem 2", "Qarabağ", "Benevento", "Portlend Timbers"də oynayıb.
Xatırladaq ki, 2015-2016 mövsümündə “Qarabağ”ın şərəfini qoruyan isveçli futbolçu Ağdam klubunun heyətində 23 oyuna 7 qol vurub.