Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dedlayn nədir?

Dedlayn nədir?

Tarix: 30 Yanvar 2020 23:12

Cavanlar danışanda digər yaş qruplarının nümayəndələrinə sadəcə susmaq qalır. Buna görə də bizim məqsədimiz gənc nəslin işlətdiyi bu sözləri adi dillə anladıb, bilməyən hər kəsi müasirliyə uyğunlaşdırmaqdır.

Dedlayn sözü son möhlət (son təslim/müraciət tarixi) deməkdir. İngilis dilindən tərcümədə "deadline" sözü "ölü xətt" mənasını verir.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, deadline layihənin başa çatması üçün təsdiq edilmiş son tarixdir. Həmin terminin təsvirini Dövlət Proqramında aydın görmək olar: "Filan layihə filan vaxta qədər icra olunmalıdır".

Dedlayner və ya layihə meneceri

Deyirlər ki, işin planlaşdırılması intensivliyin qarantıdır. Buna görə də istənilən layihədə layihə menecerinin rolu çox böyükdür. O, həqiqi işin həcmini və işi tamamlamaq üçün tələb olunan vaxtı qiymətləndirib tənzimləməyi bacaran şəxsdir. Layihə meneceri işi mərhələlərə bölməklə iştirakçılara aralıq dedlaynları qoyur və riayət olunmasına ciddi nəzarət edir.


Etiketlər:  Dedlayn nədir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR