Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 15:14
Bakı. Trend:
Yeni Azərbaycan Partiyasının 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə deputatlığa namizədi Elman Nəsirov yanvarın 30-da təbliğat-təşviqat kampaniyası çərçivəsində Şabanlı, İnilli, Hacıməmmədli, Qasımbəyli, Mirtəhməzli, Təklə, Abazallı və Babalı kəndlərindən olan seçicilərlə görüşdü.
Trend-in məlumatına görə, Elman Nəsirov görüşdə ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Prezident İlham Əliyevin rəhbərliyi altında son 16 il ərzində ölkəmizin həm daxili, həm də xarici siyasət sahəsində əldə etdiyi böyük uğurlar haqqında ətraflı məlumat verdi. O qeyd etdi ki, dövlət başçısının məqsədyönlü, sistemli və ardıcıl şəkildə həyata keçirdiyi islahatların nəticəsi olaraq müasir və inkişaf edən Azərbaycan formalaşmışdır. Bu dövlətin dünya miqyasında yeri və çəkisi günbəgün artmaqdadır. Azərbaycana beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qiymət verirlər. Ölkəmiz dünyada sabitlik adası kimi qəbul olunur. Bu sabitliyin əsasında duran həlledici amil xalq-hakimiyyət birliyidir. Bu birliyi göz bəbəyi kimi qorumaq hər birimizin borcudur.
Sonra seçicilər Yeni Azərbaycan Partiyasının namizədinin seçki platforması ətrafında fikir mübadiləsi apardılar.
Deputatlığa namizəd həmçinin seçicilərin qayğıları ilə maraqlandı, onların suallarına cavab verdi.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin