Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 16:12
"2018-ci illə müqayisədə 2019-cu ildə Silahlı Qüvvələrdə qeydə alınmış hakimiyyətdən sui-istifadə etmə cinayətləri 15,5 % azalıb".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Respublika Hərbi Prokurorluğunda ötən ilin yekunlarına dair keçirilən kollegiya iclasında Baş prokurorun müavini, Respublika hərbi prokuroru Xanlar Vəliyev deyib.
O bildirib ki, 2018-ci illə müqayisədə 2019-cu ildə qeydə alınmış xuliqanlıq cinayətləri 14,3% azalıb.