Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məktəblərdə həssas qrupa daxil edilmə ehtimalı olan şagirdlər müəyyənləşdirilir

Məktəblərdə həssas qrupa daxil edilmə ehtimalı olan şagirdlər müəyyənləşdirilir

Tarix: 31 Yanvar 2020 20:44

Məktəblərdə həssas qrupa daxil edilmə ehtimalı olan şagirdlərin müəyyənləşdirilməsi üçün zəruri işlər görülür.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev "Xüsusi hallar və həssas qruplarla iş: qarşılıqlı fəaliyyətin tənzimlənməsi və səmərəli əməkdaşlıq" mövzusunda keçirilən dəyirmi masada deyib.

R.Tağıyev həmin şagirdlərin hər biri üçün valideynlərin iştirakı ilə fərdi pedaqoji-psixoloji bərpa planının həyata keçirildiyini də qeyd edib.

R.Tağıyev son illərdə ölkəmizdə məktəbyaşlı uşaqlarla əlaqədar baş verən xüsusi hallarla bağlı məsələlərə və həssas qruplarla işə diqqətin artırıldığını və daha konkret yanaşma müşahidə olunduğunu söyləyib. Bildirib ki, 2019-cu ildə Təhsil Nazirliyi tərəfindən xüsusi hallarla bağlı "Qaynar xətt" (146-2) xidməti istifadəyə verilib. İdarə müdiri valideynlərin, məktəb rəhbərlərinin, həmçinin geniş ictimaiyyətin diqqətinin bu məsələyə cəlb edilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən cari dərs ilindən "Mənimlə danış" sosial kampaniyasına start verildiyini və maarifləndirici videoçarxların ictimaiyyətə təqdim edildiyini bildirib.

O, eyni zamanda, məktəblərdə valideynlər üçün uşaqların yaş, psixoloji və fizioloji xüsusiyyətlərinə dair maarifləndirmə tədbirlərinin təşkil olunduğunu, valideynlərin məktəb həyatında yaxından iştirakının təmin edildiyini diqqətə çatdırıb.

Sonra "Mənimlə danış" sosial kampaniyası çərçivəsində hazırlanmış maarifləndirici videoçarxlar və BŞTİ-nin xüsusi hallara dair təqdimatı nümayiş olunub.


Etiketlər:  Məktəblərdə həssas qrupa daxil edilmə ehtimalı olan şagirdlər müəyyənləşdirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ