Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Motorola Edge+ flaqman smartfonu Geekbench testlərindən keçib

Motorola Edge+ flaqman smartfonu Geekbench testlərindən keçib

Tarix: 1 Fevral 2020 08:44

Motorola-nın yeni flaqman smartfon modeli məşhur Geekbench bençmark saytının məlumatlar bazasında aşkar edilib. Bu barədə Gagadget saytı xəbər verib. Sözügedən məlumat sızıntısı smartfonun adını təsdiqləyib. Belə ki, şirkətin yeni flaqman smartfon modeli Motorola Edge+ adını əldə edəcək. Geekbench testləri sayəsində smartfonun bir sıra texniki özəllikləri də ortaya çıxıb.

    Əvvəlcədən də güman edildiyi kimi smartfon Snapdragon 865 prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən keçmiş smartfon 12 GB RAM-a və Android 10 əməliyyat sisteminə sahibdir. Geekbench-in birnüvəli testində Motorola Edge+ smartfonu 4106 xal, çoxnüvəli testində isə 12823 xal toplayıb. Smartfon barəsində digər bir məlumat yoxdur. Motorola Edge+ smartfonunun təqdimatı MWC 2020 sərgisindən bir gün öncə baş tutacaq. Yəni 23 fevral tarixində. 

Milli.Az


Etiketlər:  Motorola Edge flaqman smartfonu Geekbench testlərindən keçib


RƏYLƏR