Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zidanın böyük oğlu yeni kluba keçdi

Zidanın böyük oğlu yeni kluba keçdi

Tarix: 1 Fevral 2020 11:52

Zinəddin Zidanın böyük oğlu Enzo Zidanın yeni klubu məlum olub.

Qol.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi karyerasını "Almeriya"da davam etdirəcək. Məlumatı  klubun saytı yayıb. Fransalı futbolçunun müqaviləsinin detalları açıqlanmayıb.

Qeyd edək ki, E.Zidan 2014-2017-ci illərdə "Real"ın gənclərdən ibarət komandasında çıxış edib. O bu mövsümün ilk yarısını isə "Aves"də keçirib. Zidan bu müddət ərzində portuqaliya təmsilçisinin heyətində 11 oyuna çıxaraq 2 qol vurub.

Əlavə edək ki, "Almeriya" İspaniyanın 2-ci liqasında mübarizə aparır və hazırda 45 xalla 2-ci yeri tutur.

 


Etiketlər:  Zidanın böyük oğlu yeni kluba keçdi


RƏYLƏR