Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu, bütün ölkələr üçün dərin çat yaratdı - Merkel

Bu, bütün ölkələr üçün dərin çat yaratdı - Merkel

Tarix: 1 Fevral 2020 16:06

Almaniya Breksitdən sonra da Böyük Britaniyanın yaxın partnyoru olmaq istəyir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel deyib.

"Biz İngiltərənin yaxın dostu və partnyoru olmaq istəyirik. Çünki bizi ümumi dəyərlər birləşdirir. Breksit bütün ölkələr üçün dərin çat yaratdı", - deyə Merkel bildirib.

Qeyd edək ki, yanvarın 31-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa İttifaqının (Aİ) üzvlüyündən çıxması (Breksit) rəsmiləşib və Birləşmiş Krallığın Aİ-dən çıxması ilə əlaqədar "keçid dövrü" başlayıb.

Milli.Az


Etiketlər:  Bu bütün ölkələr üçün dərin çat yaratdı Merkel


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ