Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

XİN: Çindən təxliyə olunan Azərbaycan vətəndaşlarının sağlamlıq durumu qənaətbəxşdir

XİN: Çindən təxliyə olunan Azərbaycan vətəndaşlarının sağlamlıq durumu qənaətbəxşdir

Tarix: 1 Fevral 2020 16:16

Bakı. Trend:

Azərbaycan və Türkiyə vətəndaşlarını Çin Xalq Respublikasının Uhan şəhərindən təxliyə edən təyyarənin bu gün axşam radələrində Türkiyə ərazisinə enməsi gözlənilir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında bildirilib.

Məlumatda Azərbaycan tərəfinin qardaş Türkiyə Respublikasına təşəkkürü ifadə edilir: "Bu, Azərbaycan və Türkiyə qardaşlığının növbəti bariz nümunəsidir. Bununla yanaşı, vətəndaşlarımıza göstərdikləri dəstəyə görə, həmçinin Çin Xalq Respublikası Hökumətinə də təşəkkürümüzü bildirir və bu müvəqqəti çətin günlərdə dost Çin xalqı və dövləti ilə həmrəylimizi ifadə edirik”.

Qeyd edilir ki, uçuşdan öncə təxliyə olan vətəndaşlarımız həkim müayinəsindən keçiblər, onların sağlamlıq durumu qənaətbəxşdir. Vətəndaşlarımız könüllü əsasda 2 həftəlik müddətdə Türkiyə ərazisində karantin vəziyyətində saxlanılacaqlar, daha sonra Azərbaycana qayıdacaqlar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  XİN Çindən təxliyə olunan Azərbaycan vətəndaşlarının sağlamlıq durumu qənaətbəxşdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ