Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Breksit Britaniyaya 170 milyard dollara başa gəldi - Şelest

Breksit Britaniyaya 170 milyard dollara başa gəldi - Şelest

Tarix: 1 Fevral 2020 17:50

Avropa Birliyinin tərkibindən çıxmaq Britaniyaya 170 milyard dollara başa gəlib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu "Seqodnya" saytına açıqlamasında ukraynalı iqtisadçı Anna Şelest deyib. Onun sözlərinə görə, Breksit gələcəkdə krallığın bank sisteminə çox güclü zərbə endirə və funt sterlinqi ucuzlaşdıra bilər:

"Biz artıq funtun kursunun necə düşdüyünü görmüşük. Bank sistemlərinin itkisi milyardlarla dollardır və heç kim 31 yanvardan sonra nə olacağını proqnozlaşdıra bilməz.

Britaniya özünə lazım olan malların, özəlliklə də ərzağın böyük əksəriyyətini Avropadan almır. Britaniya bunu AB-nin üçüncü ölkələrlə olan azad ticarət zonaları hesabına əldə edir".

Qeyd edək ki, 31 yanvarda Böyük Britaniya AB-dən rəsmən çıxıb.

Milli.Az


Etiketlər:  Breksit Britaniyaya 170 milyard dollara başa gəldi Şelest


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ