Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun ilk dəfə harada peyda olduğu rəsmi olaraq açıqlandı

Koronavirusun ilk dəfə harada peyda olduğu rəsmi olaraq açıqlandı

Tarix: 1 Fevral 2020 19:27

Çin Xəstəlik İdarə və Tədbir Mərkəzi tərəfindən verilən şərhlərdə, virusun mənbəyinin vəhşi heyvan əti bazarı olduğu rəsmi olaraq açıqlandı. Bu şərhlər Koronavirusunun əslində bir bioloji silah olduğu iddiası isə çaşqınlıq yaratdı.

2019-cu ilin son ayında ilk dəfə Çində görülən və qısa bir müddət ərzində də bütün dünyanın gündəminə oturan Koronavirusu, insanları narahat etməyə davam edir. 100-dən çox adamın öldüyü və hələ karantinə alınmış bir çox şübhəlinin olduğu virusla əlaqədar olaraq araşdırmalar davam etsə də, çox təəssüf ki, lazımlı tədbirlər tam olaraq alınmayıb. Virusun bədənə girdikdən sonra bir müddət təsir göstərməməsi isə işləri daha da çətinləşdirir.

Hal-hazırda xüsusilə Çinin ətrafındakı və çinli sərnişinlərin tez-tez səfər etdiyi ölkələr, sanki tikan üstündədir. Çünki bu virusun müalicəsi bu an üçün yoxdur və insandan insana hava yoluyla yoluxa bilir. Üstəlik bu virusa tutulanlar bir anda olduqları yerdə yıxılırlar və çox vaxt bütün müdaxilələr nəticəsiz qalır. İnsanlar, bu virusun təsiriylə qısa bir müddət ərzində həyatlarını itirə bilirlər.

İndi isə, bu ölümcül virus ilə əlaqədar mühüm hadisə yaşandı. Çin Xəstəlik İdarə və Tədbir Mərkəzi səlahiyyətlilərindən gələn rəsmi bir şərhlə virusun ilk dəfə ortaya çıxdığı yer müəyyən oldu. Səlahiyyətlilər tərəfindən verilən şərhlərə görə, Bu sıralar Vuhanda olan və vəhşi heyvan ətlərinin satıldığı bir bazarda ortaya çıxdı.

Vuhandakı bazarda ilan, tülkü, qurd balası, tovuz quşu və siçan kimi heyvanların ətləri satılır. Bu da virusun ortaya çıxdığı ilk gündən bəri ictimai media platformalarında müzakirə edilən virusun qaynağının Çinin yemək mədəniyyəti ilə əlaqədar olduğu iddialarını təsdiqləyir. Virus, çox böyük ehtimalla bu vəhşi heyvanların ətinə toxunulması və ya bu ətlərin yeyilməsi vasitəsilə insanlara yoluxdu.


Etiketlər:  Koronavirusun dəfə harada peyda olduğu rəsmi olaraq açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ