Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2020 21:21
Dəri quruluğu qış aylarında daha çox yaranan problem sayılır. Bunun bir çox səbəblərinin olduğu bildirilir. Hətta bir çox xəstəliklərin dəridə quruluq yaratdığı vurğulanı. Amma bir çox hallarda quru dəri problemi olanlar buna əhəmiyyət vermirlır.
Dəri quruluğu nədən xəbər verir verir? Bu halda nə etmək lazımdır?
Sonxeber.net e-tibb.az-a istinadən dermatoveneroloq, uzman həkim Mehdi İskəndərlinin məqaləsini nəzərinizə çatdırır:
Dəridə quruluq problemi pasiyentlər tərəfindən tez-tez şikayət edilən dəri xəstəliklərindən biridir.
Quru dəri şikayəti olanlarda paralel şəkildə dodaq quruluğu şikayətləri də olur. Belə xəstələr ağızda quruluq, vaginal quruluq, göz quruluğu şikayətlərini dilə gətirirlər. Dəri quruluğu probleminin həm endogen, gəm də ekzogen səbəbləri ola bilər. Yəni quru dəri problemi daxili xəstəliklər fonunda yarana biləcəyi kimi, xarici səbəblərdən də yarana bilər. Hətta dəri quruluğu yaradan genetik dəri xəstəlikləri də vardır. Məsələn, irsi dəri xəstəliyi sayılan ixtiyoz quru dəri probleminin əsas səbəbi ola bilər. İxtiyoz xəstəliyi olanlarda qabıqlı dəri və quru dəri problemləri olur. Daxili xəstəliklər fonunda yaranan dəri quruluğu problemini araşdırmaq üçün dermatoloq xəstədən laborator, radioloji, patoloji və s. kimi testlər istəyə bilər.
Dəridə quruluq problemi xarici faktolara da bağlı ola bilər. Pasiyentin istifadə etdiyi mənşəyi məlum olmayan kremlər, sabunlar, şampunlar, kosmetik vasitələr quru dəri problemini yarada bilər. Məsələn, üzdə quruluq problemini yaradan səbələrdən birisi vurulan kremlər və kosmetik vasitələrdir. Dərinin quruması həm də mövsüm və iqlimlə də əlaqəlidir. Qış aylarında dəri quruyur, yay aylarında isə dəri quruluğu nisbətən azalır. Günə ərzində insan 2-2.5 litr su istifadə etməlidir. Günlük su tükətmə səviyyəsi aşağı olan insanların dərisində quruluq yarana bilər. Belə xəstələr gün ərzində 2-2.5 litr su içdiyi təqdirdə dəri quruluğu aradan qalxır.
Bəzi ailələrdə dəri quruluğu problemi genetik olur və ailə fərdlərinin bir neçəsində mövcud ola bilər. Görsəndiyi kimi dəridə quruluq probleminin "1001" səbəbi ola bilər. Belə olan halda xəstələr dermatoloq həkimə müraciət etməlidirlər ki, səbəbləri araşdırsın və dəri quruluğu probleminin qaynağını aşkara çıxarsın. Bu xəstəlik müalicə olunandır və qarşısı alınandır.
Quru dərinin daxili orqanların xəstəlikləri fonunda yarana biləcəyini nəzərə alaraq belə xəstələrin özfəaliyyət göstərmədən birbaşa dəri həkiminə müraciət etməsini tövsiyə edərdik.