Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarın ağrısından şikayət edən kişinin qarnından nəhəng şiş çıxarılıb

Qarın ağrısından şikayət edən kişinin qarnından nəhəng şiş çıxarılıb

Tarix: 1 Fevral 2020 23:21

Ağrı şikayəti ilə həkimə gedən kişinin qarnından 11 kiloqram şiş çıxarılıb.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bu qeyri-adi hadisə Türkiyədə baş verib.

Zonquldakda qarın ağrısı şikayəti ilə həkimə gedən 69 yaşlı kişi müayinə olunan zaman qarnında böyük kütlə olduğu məlum olub. Həkimlər onu əməliyyat edib şişi çıxarmaq qərarına gəliblər. Üç saat yarım davam edən əməliyyat nəticəsində 45x50 sm. ölçüsü olan, 11 kiloqramlıq kütlə çıxarılıb. Xəstənin bu qədər böyük şiş səbəbindən sıxışan daxili orqanları isə əməliyyat zamanı öz yerlərinə yerləşdirilib.

Hazırda onun vəziyyətinin yaxşılaşdığı bildirilir.

Mütəxəssislər, qarında şişkinlik yaranan zaman bunu əhəmiyyətsiz saymamağı, həkimə müraciət etməyi tövsiyə ediblər.

Məlumata görə, bu, 100 nəfərdən birində rast gəlinən haldır.


Etiketlər:  Qarın ağrısından şikayət edən kişinin qarnından nəhəng şiş çıxarılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ