Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pompeo Qazaxıstanı Çinə təzyiq göstərən ABŞ-a dəstək verməyə çağırıb

Pompeo Qazaxıstanı Çinə təzyiq göstərən ABŞ-a dəstək verməyə çağırıb

Tarix: 2 Fevral 2020 14:14

Çində müsəlman azlıqlara divan tutulur.

"Reuters" agentliyi bildirir ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo bazar günü Qazaxıstanı qonşusu Çində müsəlman azlıqlara münasibətdə qəddar mövqe sərgiləyən rəsmi Pekinə təzyiq etmək üçün Vaşinqtona dəstək verməyə çağırıb.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, ABŞ Dövlət Katibi Mayk Pompeo bu gün Qazaxıstanın Nur-Sultan şəhərində Qazaxıstan xarici işlər naziri Muxtar Tleuberdi ilə birgə mətbuat konfransı keçirib.

Pompeo deyib: "İnsan alveri və Çin Kommunist Partiyasının Sincan bölgəsində, Qazaxıstan sərhədi boyunca saxladığı bir milyondan çox uyğur müsəlman və etnik qazaxların vəziyyətini müzakirə etdik".

"Birləşmiş Ştatlar bütün ölkələri bu repressiyaya dərhal son verilməsi üçün bizə qoşulmağa çağırır. Xahiş edirik ki, Çindən qaçmaq istəyənlərə təhlükəsiz sığınacaq versinlər".

Birləşmiş Millətlər Təşkilatı və insan haqları qrupları təxminən 1 milyon ilə 2 milyon arasında, əsasən etnik uyğur müsəlmanların Pekinin antiterror kampaniyası çərçivəsində sərt şərtlər altında həbsdə saxlanıldığını bildirir.

Çin dəfələrlə uyğurlara qarşı edilən qəddar rəftarı barədə deyilənləri rədd edib və həbs düşərgələrinin peşə təhsili verdiyini söyləyib. Rəsmi Çin onları "tələbə" olaraq təqdim etməyə üstünlük verir.

ABŞ və Çin keçmiş sovet respublikası olan Qazaxıstanın əsas investorlarıdır.

Mayk Pompeo "Twitter"də Çinin Sincan əyalətində saxlanılan etnik qazaxların ailələri ilə Qazaxıstanda görüşdüyünü və Qazaxıstanda sığınacaq axtaran şəxsləri Çinə qayıtmağa məcbur etmədiyini məmnunluqla vurğulayıb.

"Reuters" agentliyi bildirir ki, mətbuat konfransında çıxış edən Qazaxıstanın xarici işlər naziri isə uyğur mövzusunda heç bir açıqlama verməyib, iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığın önəminə diqqət çəkib.


Etiketlər:  Pompeo Qazaxıstanı Çinə təzyiq göstərən ABŞ dəstək verməyə çağırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ