Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2020 14:48
Bakı. Trend:
85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd, Azərbaycan Dillər Universitetinin prorektoru Tamam Şaməmməd qızı Cəfərova Gənclər Günü münasibətilə Azərbaycan gənclərinə təbrik müraciəti ünvanlayıb.
Təbrikdə deyilir: "Əziz gənclər, Ümummilli liderimiz Heydər Əliyevin 1997-ci ildə imzaladığı Sərəncamla ölkəmizdə 2 fevral Azərbaycan Gəncləri günü kimi qeyd edilir.
Bu gün Azərbaycanda həm mənəvi, həm də fiziki cəhətdən sağlam gənclər yetişir. Onlar elm, mədəniyyət, səhiyyə, sənaye və digər sahələrdə uğurlu nailiyyətlər əldə edir, mötəbər idman yarışlarında, Olimpiya oyunlarında ölkəmizin şərəfini qoruyaraq Azərbaycan bayrağını yüksəklərə qaldırırlar.
Əziz gənclərimiz! Siz ölkə rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunmusunuz. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu sosial və kadr islahatları məhz siz gənclərin dövlət idarəçiliyinə gətirilməsinə zəmin yaradıb. Azərbaycanda təhsilli və savadlı çağdaş gənc nəsil formalaşır. Cənab Prezidentin tapşırığı əsasında bu gün çağdaş dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilir. Təbii ki, siz gənclər Azərbaycanın gələcək inkişafına böyük töhfə verəcəksiniz.
Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması da onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Siz öz həyatınızı qurarkən, ilk növbədə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, əməli fəaliyyətinizdə yüksək vətəndaşlıq hisslərinə malik olduğunuzu nümayiş etdirirsiniz.
Əziz gənclər! Sizi 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə təbrik edir və hər birinizə ən səmimi arzularımı bildirirəm"
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin