Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Parlament seçkilərini müşahidə etmək istəyən vətəndaşlar üçün müddət başa çatır

Parlament seçkilərini müşahidə etmək istəyən vətəndaşlar üçün müddət başa çatır

Tarix: 3 Fevral 2020 09:02

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində müəyyən seçki dairəsinin hüdudlarında müşahidə aparılması üçün ərizələrin müvafiq dairə seçki komissiyasına təqdim edilməsi müddəti sabah başa çatır.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) Seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək, yəni 2020-ci il fevralın 4-dək müraciət edə bilər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Parlament seçkilərini müşahidə etmək istəyən vətəndaşlar üçün müddət başa çatır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ