Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2020 15:00
Bakı. Trend:
Dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən könüllülər dövlət qurumlarının fəaliyyətində fəal iştirak edərək öz töhvələrini verməkdədir.
Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilib.
Təsadüfi deyil ki, dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edilib və bu Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqətin xüsusi təzahürüdür. Ölkəmizdə könüllülük hərəkatının daha da artması cəmiyyətdə xeyirxahlığı təbliğ edərək gənclərin inkişafına böyük töhfələr verəcək.
Eyni zamanda, Bakı Nəqliyyat Agentliyi (BNA) də könüllülər hərakatına öz tövhəsini verməkdədir. Ötən il həyata keçirdiyimiz könüllülər proqramının iştirakçısı olan gənclərin 20 %-i hazırda sıralarımızda bizimlə birgə çalışmaqdadır. Əziz gənclər, “Könüllülər ili”çərçivəsində yeni könüllülərin cəlb edilməsi prosesinə start veririk. Qeyd edək ki, 18 yaşı tamam olan, Agentliyin həyata keçirdiyi fəaliyyətlərə dəstək olaraq, aidiyyəti sahədə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən şəxslər öz CV formalarını 01 aprel 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Xatırladaq ki, "Nəqliyyat Könüllüləri"ni qarşıda maraqlı bir proqram gözləyir. Könüllülərə keçiriləcəj təlimlər, təcrübə proqramı və təqdimatlar zamanı bilik və bacarıqlarını inkişaf etdirəcək, Agentliyin həyata keçirəcəyi müxtəlif sosial layihələrə, aksiyalara qatılacaq və tabeli qurumlarda təcrübə səfərlərinə yolanacaqlar. Agentliyin müvafiq şöbələrində 2 ay müddətində təcrübə keçən könüllülərə isə qiymətləndirmələrin nəticələrinə uyğun sonda sertifikatlar təqdim ediləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin