Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meditasiya tətbiqləri ötən il 195 milyon dollar gəlir əldə edib

Meditasiya tətbiqləri ötən il 195 milyon dollar gəlir əldə edib

Tarix: 4 Fevral 2020 08:56

2019-cu ildə olduqca məşhurlaşan Meditasiya tətbiqləri mobil tətbiq mağazalarında ciddi gəlirlər əldə ediblər.

Tətbiq analiz şirkəti Sensor Towerin paylaşdığı məlumatlara görə tətbiq mağazalarında yer alan ən məşhur 10 meditasiya tətbiqi 2019-cu ildə 195 milyon dollar gəlir əldə edib. 2018-ci illə müqayisədə meditasiya tətbiqlərinin əldə etdiyi gəlirin 52 faiz artdığını da qeyd edək.

Sonxeber.net techland.az-a istinadən bildirir ki, təxminən 5 ildir meditasiya tətbiqləri ciddi şəkildə yüksək gəlirlər əldə etməyə başlayıblar və məşhurluqları getdikcə artmaqdadır.

Bu tətbiqlərdən ilki və ən böyüyü Calmdır. Məlumata görə Calm 2019-cu ildə 92 milyon dollar gəlir əldə edib.


Etiketlər:  Meditasiya tətbiqləri ötən milyon dollar gəlir əldə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ