Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 11:57
“Xiaomi” şirkəti smartfonların ənənəvi təqdimatını ləğv edərək onun əvəzinə onlayn tədbir keçirəcək. Bu barədə “Xiaomi” tərəfindən maliyyələşdirilən “Black Shark” şirkətinin baş direktoru Lu Yuyçjou bildirib.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, “Black Shark” brendli oyun smartfonları istehsalçısının nümayəndəsinin sözlərinə görə, koronavirus epidemiyası ilə əlaqədar mətbuat konfransı və təqdimat mərasimi keçirilməyəcək.
Bundan başqa, ölümcül koronavirusa görə “Xiaomi Mi 10” smartfonlarının nümayişi ləğv edilib. İstehsalçı nümayəndəsi onun əvəzinə onlayn tədbirin keçiriləcəyini vurğulayaraq bununla qonaqların təhlükəsizliyinin təmin olunacağını və yer üçün icarə haqqına qənaət ediləcəyini qeyd edib. “Xiaomi Mi 10” smartfonlarının buraxılışı fevralın 10-na planlaşdırılmışdı. Növbəti “Black Shark” smartfonunun təqdimat tarixi isə açıqlanmır.
“Xiaomi” şirkətindən başqa növbəti “Honor” smartfonlarının təqdimatı da ləğv edilə bilər. “Honor” şirkətinin “Weibo” sosial şəbəkəsində qeyd olunur ki, 2020-ci ildə brend ilk dəfə yeni smartfonları onlayn şəkildə təqdim edəcək. Məlumatda gələcək tədbirin koronavirusun yayılması təhlükəsi ilə əlaqədar ləğv ediləcəyi göstərilmir.
Nizam Nuriyev