Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 15:28
Yeni tip ölümcül koronavirusun yayılmasının episentri olan Çinin Uxan şəhərində faktiki olaraq hərbi vəziyyətdir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Çindəki səfiri Andrey Denisov bəyan edib.
"Orada faktiki olaraq hərbi vəziyyət tətbiq olunub. Bizim uşaqlar evdə qalırlar", - o, Pekində mətbuat konfransında bəyan edib. Diplomatik missiyanın rəhbəri vurğulayıb ki, Uxanda vəziyyət gərgin olaraq qalır.
Qeyd edək ki, koronavirusla əlaqədar olaraq Rusiya Çinlə sərnişin qatarlarının hərəkətini dayandırıb, aviauçuşlar isə qismən ləğv edilib.