Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 17:54
Ermənistan Futbol Federasiyasının sabiq prezidenti Ruben Ayrapetyan zorla polis bölməsinə aparılıb.
Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, bu barədə xəbəri onun vəkili Amram Makinyan yayıb.
O bildirib ki, federasiyanın sabiq rəhbəri maskalı polis əməkdaşları tərəfindən saxlanılıb. Vəkil bunun əsassız şəkildə edildiyini vurğulayıb.
Qeyd edək ki, Ayrapetyan 2002-2018-ci illərdə Ermənistan Futbol Federasiyasının rəhbəri olub.